Joze Mourinyo sabiq müdafiəçi Xerar Pikenin təşkilatçısı olduğu dünya çempionatında media komandalarından birinə rəhbərlik edə bilər. Matc.az xəbər verir ki, Media Liqasının beynəlxalq turniri olan Kral Dünya Çempionatı start götürüb.

Dünya çempionatında iştirak edən bir çox komandaların prezidentləri futbol ulduzlarıdı - Françesko Totti, Andrey Şevçenko, Neymar, Rio Ferdinand və başqaları. Pikenin sözlərinə görə, Mourinyo ingiltərəli Rio Ferdinandın “Five FC” komandasının sükanı arxasına keçməyə yaxın olub.

O, bununla bağlı həm özünün, həm də Ferdinandın portuqaliyalı mütəxəssislə əlaqə saxladığını etiraf edib. Lakin Mourinyo hələlik bu layihəyə qoşulmağa razılıq verməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest