31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXXVI turunda “Sabah”la oyunda meydana çıxmaqla bunu reallaşdırıb. O, ölkə çempionatlarında “ağ-qaralar”ın heyətində ən çox oyun keçirən futbolçu olub. Bununla Mahmudov 183-cü çempionat matçına çıxıb.

“Neftçi”nin kapitanı Emin Mahmudov klubun tarixinə düşüb. Matc.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XXXVI turunda “Sabah”la oyunda meydana çıxmaqla bunu reallaşdırıb.

O, ölkə çempionatlarında “ağ-qaralar”ın heyətində ən çox oyun keçirən futbolçu olub. Bununla Mahmudov 183-cü çempionat matçına çıxıb.

Millimizin üzvü bununla İqor Getmanın rekordunu qırıb. Sabiq müdafiəçi “Neftçi”nin heyətində 182 çempionat görüşü keçirib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”də çıxış edən Emin Mahmudov 41 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest