Kilian Mbappenin ardından qardaşı Etan Mbappe də PSJ-dən ayrılacaq. Matc.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi karyerasını Fransanın digər klubu “Lill”də davam etdirəcək.

“Lill” rəhbərliyi ilə gənc oyunçunun meneceri arasında bu keçidlə bağlı şifahi razılıq əldə edilib. Klub hətta futbolçunun tibbi müayinəsi üçün gün də təyin edib. Bu, Etanın ilk peşəkar müqaviləsi olacaq. Onun PSJ ilə gənclik müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Etan Mbappe 2017-ci ildən PSJ-nin akademiyasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest