“Əl-İttihad” baş məşqçisi Marselo Qalyardo ilə yollarını ayıracaq. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis Səudiyyə Ərəbistanı klubu tərk etməyə hazırlaşır.

Komandanın uğursuz mövsüm keçirməsi rəhbərliyi buna vadar edir. Ərəblər yeni baş məşqçi axtarışına da başlayıb. Artıq posta iki namizəd var. Bunlar Joze Mourinyo və Massimiliano Alleqridi.

Qeyd edək ki, “Əl-İttihad” hazırda 51 xalla 5-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest