Azərbaycanın cüdo üzrə milli komandasının üzvü Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub.

Mat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz finalda hazırkı Asiya çempionu Tatsuki İşihara ilə qarşılaşıb. Əsas vaxtın bitməsinə 40 saniyə qalmış Tatsuki vazari xalı ilə önə keçib. Hidayət vaxtın bitməsinə 10 saniyə qalmış rəqibini ipponla məğlub edib.

Qeyd edək ki, Azərbaycan tarixində bunadək yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest