BƏƏ-nin paytaxtı Abu-Dabidə cüdo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov yarışda finala vəsiqə qazanıb.

BƏƏ-nin paytaxtı Abu-Dabidə cüdo üzrə dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov yarışda finala vəsiqə qazanıb.

73 kq çəki dərəcəsində çıxış edən idmançımız Akila Qyakov (Kosovo), daha sonra isə Salvador Roça (İspaniya) üzərində qələbə qazanıb. 1/4 finalda Daniel Karqni (Braziliya) ilə qarşılaşan Heydərov bu görüşdə də qalibiyyət əldə edərək yarımfinala çıxıb.

Yarımfinalda Hidayətin rəqibi İqor Vantke (Almaniya) olub. Həmyerlimiz bu dəfə də aktivinə qələbə yazdırmağı bacarıb və finala yüksəlib. Həlledici görüşdə Hidayətin rəqibi Tatsuki İşihara (Yaponiya) olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest