20 Aprel 2024, 14:34
FUTBOL
"Real"ın keçmiş futbolçusu Məsut Özil El-Klassiko barədə danışıb.
Matc.az xəbər verir ki, almaniyalı futbolçu "Marca"ya açıqlama verib:
“Əvvəl El-Klassiko, dünya futbolunun ən vacib matçı idi. "Real" üçün , bəlkə də tarixin ən yaxşı "Barselona"sı idi. Qvardiolanın komandası sadəcə olaraq fərqli səviyyədə idi.
Mənə elə gəlir ki, bu gün bütün dünyanın diqqəti daha çox “Liverpul” – “Mançester Siti” matçlarına və Premyer Liqadakı digər duellərə yönəlib. Təəssüf ki, El-Klassikolar maraqsızlaşıb. Amma bu, şübhəsiz ki, dünyanın ən yaxşı komandalarından biri olaraq qalan "Real"ın günahı deyil. Problem potensialını itirmiş “Barselona”dır”.
Xatırladaq ki, La Liqanın 32-ci turunun “Real” – “Barselona” oyunu aprelin 21-də, saat 23:00-da başlayacaq.