20 Aprel 2024, 12:04
FUTBOL
"Liverpul"un hücumçusu Məhəmməd Salah yay "transfer pəncərəsi"ndə klubu tərk edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, 31 yaşlı misirli futbolçu komandanın baş məşqçisi Yurgen Kloppun gedişindən sonra "qırmızılar"dan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, daha əvvəl alman mütəxəssis mövsüm başa çatdıqdan sonra "Liverpul"u tərk edəcəyini açıqlamışdı. Klub rəhbərliyi forvard üçün 200 milyon funt-sterlinq xərcləməyə hazır olan “Əl-İttihad”la danışıqlara başlayıb.
Bu mövsüm Salah mersisaydlıların heyətində bütün yarışlarda 38 oyun keçirib, 24 qol vurub və 13 məhsuldar ötürmə edib.