"Mançester Siti"nin hücumçusu Erlinq Haaland saç lentləri istehsal edən şirkətə investor olub.
 
Matc.az xəbər verir ki, norveçli "Bon Dep" brendinə pul yatırıb. Haaland həmçinin şirkətin istehsal etdiyi elastik bantdan istifadə edərək saçlarını topuz yığaraq meydana çıxır.
 
Qeyd edək ki, cari mövsüm 23 yaşlı forvard İngiltərə Premyer Liqasında "şəhərlilər"in heyətində 26 matça çıxıb, 20 qol vurub və 5 məhsuldar ötürmə edib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest