"Əlbəttə, 15 ildən sonra ilk dəfə yarımfinala yüksəlmək inanılmaz olardı. Daha da irəli getmək bizi sevindirəcək"

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Bavariya” ilə keçiriləcək Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis yarımfinala yüksəlməyi hədəflədiklərini bildirib.

Arteta komandasını buna hazır sayır: “Bütün hazırlıqlar yarımfinala yüksəlmək məqsədi daşıyır. 10 ayda və keçən mövsümdə gördüyümüz hər şeyi həyata keçirə biləcəyik. Əksər oyunçularımızda bu təcrübə yoxdu, onlar çox motivasiyalı və inamlıdılar. Biz qalib gələ bilərik, amma uduza da bilərik. İnanılmaz yol keçmişik, bu kuboku qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Arteta yarımfinal həsrətinə son qoymaq əzmində olduqlarını gizlətməyib: “Əlbəttə, 15 ildən sonra ilk dəfə yarımfinala yüksəlmək inanılmaz olardı. Daha da irəli getmək bizi sevindirəcək. Tariximizi yenidən yazmaq imkanımız var. Söhbət güclü performans göstərməkdən və yarımfinala vəsiqə qazanmaqdan gedir”.

Qeyd edək ki, bu gün Münhendə keçiriləcək “Bavariya” – “Arsenal” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Londondakı ilk matçda 2:2 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest