Peru Kubokunun çərçivəsində keçirilən “Sosyedad Tiro 28” – “Sosial Vilya" oyununda hesab 3-cü saniyədə açılıb. Matc.az xəbər verir ki, həmin qolun videosu sosial şəbəkələrdə yayımlanıb.

Hakimin start fitindən dərhal sonra “Sosyedad Tiro 28”in futbolçusu Edson Lopes topu meydanın mərkəzindəki işarədən birbaşa qapıya ünvanlayıb və top tora daxil olub. Qarşılaşma “Sosyedad Tiro 28”in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Peru Kubokunda bütün divizionlardan olan klublar, eləcə də həvəskar komandalar iştirak edə bilirlər. Ən güclü 50 kollektiv final mərhələsinə yüksəlir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest