“Sauthempton”un idman direktoru Ceyson Uilkoks “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi mütəxəssislə bağlı qarşı tərəflə danışıq aparıb.

“Qırmızı şeytanlar” “Sauthempton”a bu keçid üçün illik təzminat təklif edib və klub hesab edib ki, həmin məbləğ onun satın alma müqaviləsində göstərilən maaşa uyğun gəlir. Lakin Çempionşipin nümayəndələri belə bir bəndin mövcudluğunu inkar edərək, təklifə “yox” cavabını veriblər.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 6-cı, “Sauthempton” isə Çempionşipdə 4-cü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest