2024-cü ilin ilk iki ayında milli çempionatlarda ən çox qol vuran oyunçular müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı araşdırma aparıb.

2024-cü ilin ilk iki ayında milli çempionatlarda ən çox qol vuran oyunçular müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı araşdırma aparıb.

Yanvar və fevralda ümumilikdə iştirak etdiyi 5 oyunda 13 qol vuran Perunun “Sportinq Kristal” klubunun hücumçusu Martin Kauteruçço siyahıya başçılıq edir.

Siyahıya dünyanın ən yüksək reytinqli 100 çempionatında və Braziliya əyalətlərinin yüksək divizionlarında çıxış edən futbolçular salınıb. Eyni sayda qol vuranların sıralaması klubların liqalarının reytinqinə əsasən müəyyənləşdirilib.

Azərbaycan çempionatından heç kim cədvələ düşə bilməyib.

Ölkə çempionatlarında 8 və daha çox qol vuranlar:

1. Martin Kauteruçço (“Sportinq Kristal”, Peru) – 13

2. İmre Badalassi (“Tre Penne”, San Marino) - 12

3. Luk de Yonq (PSV, Niderland) - 10

4. Duşan Vlahoviç (“Yuventus”, İtaliya) - 9

5 Ezekyel Ponse (AEK, Yunanıstan) - 9

6-7. Robson (“Koritiba”, Braziliya) - 9

6-7. Paulo Baya (“Qoyas”, Braziliya) - 9

8. Samuel Pançotti (“Folqore”, San Marino) - 9

9. Lautaro Martines (“İnter”, İtaliya) - 8

10-11. Semih Kılıçsoy (“Beşiktaş”, Türkiyə) - 8

10-11. Rey Manaj (“Sivasspor”, Türkiyə) - 8

12. Levi Qarsiya (AEK, Yunanıstan) - 8

13-4. Karlinyos (“Nova İquaçu”, Braziliya)

13-4. Qonzalo Mastriani (“Amerika Mineyro”, Braziliya) - 8

15. Gilyerme Bissoli (“Buriram Yunayted”, Tailand) - 8

16. Brad Yunq (TNS, Uels) - 8

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest