Azərbaycan Premyer Liqasında XXIV turun növbəti oyunları keçiriləcək.

Matc.az xəbər verir ki, turun ikinci günündə 2 matç baş tutacaq.

Günün ilk qarşılaşması Tovuzda təşkil olunub. “Turan Tovuz” evdə “Neftçi”ni qəbul edib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. 

Digər qarşılaşma Bakıda keçirilib. Paytaxt derbisində “Səbail”lə “Sabah” üz-üzə gəlib. Oyun "dənizçilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXIV tur
24 fevral (şənbə)

“Turan Tovuz” – “Neftçi” 1:1

Qol: Fərid Nəbiyev, 88 - Boqomolski, 72
Baş hakim: Tural Qurbanov
Tovuz şəhər stadionu

"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov, 21. Aleks Souza

Ehtiyat oyunçular:1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev. 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi

Baş məşqçi: Ayxan Abbasov

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 88. Brayan Moreno, 20. Alfa Konte

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 77. Yeqor Boqomolski

Baş məşqçi: Miodraq Bojoviç


“Səbail” – “Sabah” 2:0

Qol: Ramalinqom, 52. Samir Abdullayev, 90+2

Baş hakim: Rəşad Əhmədov
“ASCO Arena”

Səbail”: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 14. Suleyman Alluş

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev. 5. Adil Nağıyev. 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 7. Madi Queta, 44. Yadin Luqasi

Baş məşqçi: Şahin Diniyev

"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev. 5. Rəhman Daşdəmirov. 88. Xəyal Əliyev, 15. Kristian da Silva. 14. İshak Belfodil, 7. Boyan Letiç. 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 75. Emil Həbibov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulax Xaybulayev. 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 27. Jarl Marqarita

Məşqçi: Ruslan Qafitullin

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest