“Mançester Siti” tezliklə norveçli futbolçusu Oskar Bobbla yeni müqavilə imzalayacaq. Matc.az xəbər verir ki, onun “şəhərlilər”lə hazırkı sözləşməsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Hər iki tərəf uzunmüddətli yeni müqavilə imzalamağa hazırdı. Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola Bobbun məşqdəki performansına heyran olub. Bu üzdən qarşıdakı görüşlərdə ona şans verməyi düşünür.

Qeyd edək ki, Oskar Bobb “Mançester Siti”nin əvəzedici heyətində 18 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest