“Sofascore” Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarının rəmzi komandasını açıqlayıb. Matc.az xəbər verir ki, “11-lik”də “Qarabağ”ın bir futbolçusu da yer alıb.

Belə ki, Portuqaliyanın “Braqa” klubuna qarşı keçirilən oyundan sonra yarımmüdafiəçi Marko Yankoviç ən yaxşılar arasında göstərilib. Monteneqrolu ən yaxşı 4 yarımmüdafiəçidən biri olub.

Azərbaycan çempionunun rəqibi “Braqa”nın isə 2 üzvü rəmzi komandaya düşüb.

Qapıçı: David von Ballmus (“Yanq Boyz”)

Müdafiəçilər: Teo Ernendes (“Milan”), Nikolas Otamendi (“Benfika”), David Hançko (“Feyenord”)

Yarımmüdafiəçilər: Marko Yankoviç (“Qarabağ”), Angelo Presiado (“Sparta”), Alvaro Calo (“Braqa”), Bencamin Burijo (“Renn”)

Hücumçu: Rocer Fernandes (“Braqa”), İndrit Tuçi (“Sparta”), Roland Şallai (“Frayburq”).

Qeyd edək ki, “Qarabağ” Bakıda 2:3 hesabı ilə məğlub olsa da, ilk görüşdəki 4:2 hesablı qələbə sayəsində 1/8 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest