“Hər iki oyunu izləyənlər “Qarabağ”ın əla komanda olduğunu gördü”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın hücumçusu Abel Ruis deyib. İspaniyalı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bölüşüb.

“Hər iki oyunu izləyənlər “Qarabağ”ın əla komanda olduğunu gördü”. Matc.az xəbər verir ki, bunu “Braqa”nın hücumçusu Abel Ruis deyib.

İspaniyalı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bölüşüb. O, Azərbaycan çempionunun ünvanına tərif yağdırıb: “Çox çətin gecə oldu. İlk oyunla müqayisədə cavab matçında daha yaxşı idik. Rəqib meydanda azlıqda qalandan sonra iki qol vurduq. “Qarabağ” bizə çox çətinlik yaratdı. Bakıda üstün olsaq da, cütün taleyini xırda nüanslar həll etdi”.

Qeyd edək ki, səfərdə 4:2 hesabı ilə qalib gələn “Qarabağ” Bakıda 2:3 hesabı ilə uduzsa da, ümumi hesabda (6:5) qələbə qazanaraq, 1/8 finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest