“İki qol buraxdığım üçün məyus olsaq da, ruhdan düşmədik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (4:2, 2:3) mübarizədən kənarlaşdırmalarına münasibət bildirib.

“İki qol buraxdığım üçün məyus olsaq da, ruhdan düşmədik”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Rusiyalı qolkiper Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (4:2, 2:3) mübarizədən kənarlaşdırmalarına münasibət bildirib:

“Həm fiziki, həm emosional baxımdan möhkəm komandamız var. Gücümüzə güvənirdik və istədiyimiz nəticəni qazandıq. Əlavə edilmiş dəqiqələrdə başa düşürdük ki, 10 nəfərlə dözmək lazımdı. Bu vəziyyətə özümüz düşmüşdük, özümüz də çıxmalıydıq”.

O, azarkeşlərə təşəkkürünü bildirib: “Azarkeşlərə dərin minnətdarlığımı bildirirəm. Bu cür hava şəraitinə baxmayaraq, stadiona gəldilər, bizə dəstək oldular. Biz də bunu qalibiyyətlə ödədik. Azarkeşlərdən xahiş edirəm ki, çempionat oyunlarına da gəlsinlər”.

Qeyd edək ki, “Qarabağ”ın rəqibi 1/8 finaldakı rəqibi bu gün keçiriləcək püşkatmadan sonra bilinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest