“Çox xoşbəxtik, tarixi nəticə qazandıq”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç deyib. O, Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi hesabda məğlub edərək (4:2, 2:3) 1/8 finala adlamaları barədə danışıb.
“Çox xoşbəxtik, tarixi nəticə qazandıq”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Veşoviç deyib.
O, Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı ümumi hesabda məğlub edərək (4:2, 2:3) 1/8 finala adlamaları barədə danışıb. 32 yaşlı müdafiəçi sevincli olduqlarını bildirib: “Bu gün bu uğuru qazanmaq üçün ölməyə hazır idik. Artıq 1/8 finala adladıq. Bizim üçün çox vacibdi. Güclü rəqibə qarşı güclü oyun sərgilədik, xarakter göstərdik”.
Veşoviç fərdi baxımdan hər kəsdən razılıqla danışıb: “Özümdən razıyam, çünki komandama kömək etdim. Bu gün bütün oyunçular yaxşı oynadı, 100 faiz güclərini, ürəklərini ortaya qoydular. Azarkeşlər də bu nəticədən xoşbəxt oldular”.
Sağ cinah oyunçusu 1/8 finalda hansı rəqiblə düşməyin onlar üçün fərq etmədiyini vurğulayıb: “Heç bir rəqibə üstünlük vermirəm. Bu andan həzz almaq istəyirik”.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.