19 Fevral 2024, 09:14
FUTBOL
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXV turunda “Lyuton”u 2:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” bununla ardıcıl 5-ci qələbəsini qazanıb.
Erik ten Haqın yetirmələri yanvarın 28-dən bəri Premyer Liqa və ölkə kuboku daxil olmaqla 5 görüşün hamısında rəqibi üstələyib. Son bir il ərzində komanda belə göstəriciyə imza ata bilməmişdi.
Üstəlik, “Mançester Yunayted” 2024-cü ildə məğlubiyyət üzü görməyib. Komanda keçirdiyi 7 matçın 6-da qələbə qazanıb, 1 dəfə heç-heçə edib.
Qeyd edək ki, “mankunianlar” fevralın 24-də “Fulhem”lə qarşılaşacaq.