"Belə stadionda oynamaq xoş oldu. Çünki Sumqayıt şəhər olaraq bunu haqq edirdi".
Matc.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 23-cü turunun "Sumqayıt"la (0:0) oyundan sonra keçirilmiş mətbuat konfransında bildirib
42 yaşlı mütəxəssis meydanda taktiki savaş olduğunu bildirib: "Qışdan sonra ən yaxşı komandaya qarşı oynayırdıq. "Sumqayıt" qış fasiləsindən sonra yaxşı start vermişdi. "Neftçi"ni də məğlub etmişdilər. Digər komandaları da bilirik. Bu gün qol olmasa da, meydanda hər saniyə mübarizə getdi. Taktiki savaş oldu. Futbolçularım yaxşı çıxış etdi. Hardasa hücumda bir az da soyuqqanlı olsaydıq, ən yaxşı epizodlar bizdə oldu. Bu dəqiqə çempionatın önəmli anındayıq. Həm rəqibi uzaqlaşmağa qoymadıq və özümüz də həmin yerlər də qalmağa çalışırıq. Gələn oyunlara hazırlaşacağıq. "Sumqayıt"a da uğurlar".