Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçu Rüfət Dadaşovun formasını geyindiyi “Dinamo”(Berlin) səfərdə "Karl-Zeys Jena" ilə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Dadaşov start heyətdə meydana çıxıb və 5-ci dəqiqədə  hesabı açıb.
 
"Dinamo" 42 xalla 2-ci yerdədir. Rüfət hazırda 14 qolla bombardirlər yarışına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest