18 Fevral 2024, 10:45
FUTBOL
Azərbaycanlı futbolçu Ramil Şeydayev Türkiyə 1-ci Liqasında ilk məğlubiyyətini yaşayıb.
Matc.az xəbər verir ki, onun çıxış etdiyi “Kocaelispor” öz meydanında uduzub.
Şeydayevin komandası “Şanlıurfaspor”a 0:1 hesabı ilə təslim olub. Start heyətində yer alan Ramil fasilədə əvəzlənib. Bundan sonra 72-ci dəqiqədə qonaqlar oyunun taleyini həll edən qolu vurublar.
Qeyd edək ki, Ramilin komandası ardıcıl 2-ci oyunda xal itirib. 23 oyundan sonra hesabında 43 xal olan “Kocaelispor” 3-cü pillədə qərarlaşıb.