Pol Poqbanın agenti Rafaela Pimenta futbolçunun hazırkı durumu ilə bağlı sualı cavablandırıb.
 
Matc.az xəbər verir ki, braziliyalı funksioner oyunçusunu tərifləyib və onu güclü adlandırıb6
 
"Poqba günü sabah çıxıb futbol oynaya bilər. O, hadisələrin istənilən inkişafına tab gətirəcək, psixoloji baxımdan çox güclü biridir. Paul vurulur, sağ qalır və davam edir. Poqba hər zaman formada olmalı olduğu anlayışı ilə məşq edir. Hərdən ona təklif edirəm: “Bəlkə başqa bir şey edək?” Mənə əsəbiləşir və cavab verir: “Rafaela, mən məşq etməliyəm! Sən başa düşmürsən, mənə oynamaq lazımdır. Başladığım səyahəti başa çatdırmaq üçün qalib gəlmək niyyətindəyəm”.
 
Xatırladaq ki, fransız futbolçu dopinq istifadəsinə görə qeyri-müəyyən müddətə futboldan uzaqlaşdırılıb.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest