Azərbaycan Premyer Liqasında XXII tur davam edir. Matc.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Autsayderlər zonasında qərarlaşan “Kəpəz” yuxarı pillələrə iddia edən “Səbail”lə qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda təşkil olunub. Matçda hesabı gəncəlilər açsa da, paytaxt təmsilçisi geridönüş etməyi bacarıb. Rəqibi 4 dəfə cəzalandıran "Səbail" böyükhesablı qələbə qazanıb.

Bu nəticədən sonra “Səbail” 30 xalla 5-ci, “Kəpəz” isə 20 xalla 9-cu pillədə qərarlaşır.

Qeyd edək ki, turun ilk oyununda “Qarabağ” “Sabah”la bərabərə qalıb - 3:3. Digər matçlar sabah keçiriləcək.

 

Azərbaycan Premyer Liqası

XXII tur

12 fevral

15:00. “Kəpəz” – “Səbail” - 1:4

Qollar: Martins Junior, 29 - Aleksandr Ramalinqom, 45+6 (pen.), Rüfət Abdullazadə, 51, Suleyman Alluş, 60, 90

Baş hakim: Nicat İsmayıllı

Qəbələ şəhər stadionu

“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal

Baş məşqçi: Adil Şükürov

“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 7. Madi Queta

Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes, 44. Yadin Luqasi, 14. Suleyman Alluş

Baş məşqçi: Şahin Diniyev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest