"Liverpul"un və Misir yığmasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistandan gələn təkliflərə baxmayaraq, İngiltərəni tərk etmək istəmir.
 
Matc.az xəbər verir ki, o, yanvar ayında təklifi dəyərləndirmək fikrində idi, yalnız indi fikri dəyişib. Salah "Liverpul"la müqaviləsini uzatmaq və yüksək səviyyədə çıxış etməyə davam etmək niyyətindədir. Bildirilir ki, Yurgen Klopp “Liverpul”dan ayrıldıqdan sonra klub rəhbərləri komanda liderini saxlamaq üçün səylərini əsirgəməyəcək.
 
Salah "qırmızılar"ın heyətində 332 oyuna çıxıb, 204 qol vurub və 88 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 31 yaşlı misirli bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest