"İnter"in baş direktoru Cüzeppe Marotta Milan klubunun "Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinski ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, italiyalı funksioner məlumatın doğru olduğunu təsdiqləyib:
 
"Zielinski komandamızın bir hissəsi olmaq üçün əla bacarıqlara malikdir. Onun "Napoli" ilə müqaviləsi başa çatan yayda müqavilə imzalamağı düşünürük. Bu keçidi reallaşdıra bilsək, xoşbəxt olacağıq".
 
Bu mövsüm Zielinski neapolluların heyətində 26 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest