05 Fevral 2024, 17:56
FUTBOL
“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnoldla bağlı qərarını verib. Matc.az xəbər verir ki, İngiltərə klubu aparıcı futbolçusunu heyətində saxlamaq niyyətindədi.
“Qırmızılar” 25 yaşlı sağ cinah oyunçusuna tezliklə yeni müqavilə təklif olunacaq. Sağ cinah oyunçusu rəhbərliyin təklifini müsbət cavablandırsa, sözləşməsi 2028-ci ilin yayına qədər uzadılacaq. Trentin hazırkı anlaşması 2025-ci ilin yayına qədərdi.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm keçirdiyi 28 oyunda 2 qol vurub, 9 məhsuldar ötürmə verib.