Azərbaycan Premyer Liqasında XXI tur başa çatıb. Matc.az xəbər verir ki, bu gün turun son oyunu keçirilib.

Günün yeganə matçında “Kəpəz”lə “Araz-Naxçıvan” üz-üzə gəlib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma nominal meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən gəncəlilər sonuncu pillədəki "Qəbələ"dən bir qədər də uzaqlaşıb.

Bu qalibiyyət sayəsində 9-cu pillədəki "Kəpəz" xal sayını 20-yə çatdırıb. “Araz-Naxçıvan” isə 27 xalla 6-cı yerdə qərarlaşıb.

 

Azərbaycan Premyer Liqası

XXI tur

5 fevral

15:00. “Kəpəz”– “Araz-Naxçıvan” - 3:1

Qollar: Ehtiram Şahverdiyev, 9, 34, Amil Yunanov, 69 - Orxan Əliyev, 28

Baş hakim: Kamal Umudlu

Qəbələ şəhər stadionu

“Kəpəz”: 96. İqor Rodriqes, 10. Tural Rzayev (k), 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 24. Olavale Onanuqa, 21. Martins Junior

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov

Baş məşqçi: Adil Şükürov

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike

Baş məşqçi: Azər Bağırov

 

Qeyd edək ki, XXI turun əvvəlki oyunlarında “Qarabağ” “Səbail”i, “Sumqayıt” “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib. “Sabah” – “Turan Tovuz” və “Qəbələ” – “Zirə” görüşləri 1:1 hesabı ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest