"Zenit"in yarımmüdafiəçisi Vendel mövsümün sonuna qədər Rusiya klubunda qalacaq.
 
Matc.az xəbər verir ki, Jurnalist Fabio Aleyksonun sözlərinə görə, onun qış transfer pəncərəsində mümkün gedişi ilə bağlı bütün məlumatlar şayiələrdir.
 
Vendel 2020-ci ilin oktyabrında "Sportinq"dən "Zenit"ə keçib. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatır. Braziliyalı Sankt-Peterburq heyətində 106 oyun keçirib, 19 qol vurub və 19 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest