30 Yanvar 2024, 20:37
FUTBOL
"Barselona"nın və İspaniya millisinin müdafiəçisi Alexandro Balde sağ dizindən uğurla əməliyyat olunub.
Matc.az xəbər verir ki, futbolçu Kral Kubokunun 1/4 finalında "Atletik"ə qarşı matçda diz nahiyəsindən zədə alıb. Balde Turkuda doktor Lasse Lempainen tərəfindən əməliyyat olunub. Əməliyyat kataloniyalı tibb işçilərinin nəzarəti altında keçirilib. Onun meydançaya qayıtma vaxtı hələ məlum deyil.