Əlcəzair millisinin baş məşqçisi Camel Belmadi istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə Əlcəzair Futbol Federasiyasının prezidenti Valid Sadi məlumat yayıb.

O bildirib ki, komandanın Afrika Millətlər Kubokunda mübarizəni dayandırması federasiyanı bu qərarı verməyə vadar edib. Tərəflər müqaviləyə qarşılıqlı razılıqla xitam veriblər.

Qeyd edək ki, Əlcəzair yığması Anqola, Burkina Faso və Mavritaniya ilə birlikdə yer aldığı D qrupunda sonuncu yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest