“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Liqa Kubokunda yarımfinal oyununa çıxıb. Matc.az xəbər verir ki, Artur Jorjenin yetirmələri “Sportinq”lə qarşılaşıb. Görüşün taleyini 1 qol həll edib.
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Liqa Kubokunda yarımfinal oyununa çıxıb. Matc.az xəbər verir ki, Artur Jorjenin yetirmələri “Sportinq”lə qarşılaşıb.
Görüşün taleyini 1 qol həll edib. Abel Ruizin 65-ci dəqiqədə vurduğu yeganə top “Braqa”ya 1:0 hesablı qələbə və finala vəsiqə qazandırıb. Komandanın finaldakı rəqibi “Benfika” – “Eştoril” matçının qalibi olacaq. İkinci yarımfinal qarşılaşması bu gün baş tutacaq.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.