İtaliya Superkubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, 4 klubun iştirakı ilə Səudiyyə Ərəbistanında təşkil olunan yarışda “İnter” kuboka sahib olub.

“Neradzurra” final qarşılaşmasında “Napoli”yə 1:0 hesabı ilə qalib gəlib. Simeone İnzaqinin kollektivinə qalibiyyət gətirən yeganə qola 90+1-ci dəqiqədə Lautaro Martines imza atıb.

Bununla “İnter” ardıcıl 3-cü, tarixində isə 8-ci dəfə Superkubokun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest