23 Yanvar 2024, 09:02
FUTBOL
İspaniyada çıxış edən daha bir futbolçu Azərbaycana köçə bilər. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, “Burqos”un vingeri Kurro Sançes Premyer Liqadan təklif alıb.
Elita təmsilçilərindən birinin ispaniyalı oyunçu ilə maraqlandığı bildirilir. Lakin 28 yaşlı sağ cinah oyunçusunun başqa təklifləri də var. Onlardan biri də “Beşiktaş”dı. Kurro Polşa, Portuqaliya və Yunanıstan klublarının da gündəmindədi.
Qeyd edək ki, Kurro Sançes bu mövsüm Sequnda klubunun heyətində 23 oyun keçirib, 9 qol, 4 assistlə yadda qalıb. Onun “Burqos”la sözləşməsi mövsümün sonuna qədərdi.