22 Yanvar 2024, 22:44
FUTBOL
"Real Madrid"in hücumçusu Vinisius Junior həyatındakı əsas klubdan danışıb.
Matc.az xəbər verir ki, braziliyalı oyunçu vətənindəki klubu yad edib:
"Güman edirəm ki, karyeramın sonuna qədər "Real Madrid"də oynaya bilərdim. Amma həyatımın komandası "Flamenqo"dur. Atama söz vermişəm ki, bir gün ora qayıdacağam. Mən bu vədi yerinə yetirməliyəm.
Mən burada həyatdan həzz alıram və ailəmin vəziyyəti mükəmməldir. Sevdiklərim gəzintiyə çıxanda insanlar onları tanıyır və bizə uğurlar arzulayırlar. Bu, yeni həyat, yeni duyğulardır. "Real Madrid" unikaldır. Bütün dünya bu klubdan danışır".