22 Yanvar 2024, 22:00
FUTBOL
"Fulhem", "Krasnodar" və Kolumbiya millisinin hücumçusu Con Kordobanı almaq imkanını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, İngiltərə klubu kolumbiyalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.. Futbolçu Premyer Liqaya keçməyə hazırdır, lakin Rusiya klublarına qarşı tətbiq edilən sanksiyalar transferin gerçəkləşməsini çətinləşdirə bilər.
Kordoba 2021-ci ilin yayında "Herta"dan "Krasnodar"a keçib. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm 30 yaşlı hücumçu 20 oyun keçirib, 11 qol vurub, 4 məhsuldar ötürmə edib və 5 vərəqə alıb (4 sarı və 1 qırmızı).