"Oyunun çətin olacağını əvvəlcədən bilirdik. Hava şəraiti də bu gün ağır idi. Oyuna çox yaxşı başladıq. Oyunun kontrolu bizdə idi. Qolu da vurduq. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Məcbur sistemi dəyişdik. Qırmızı vərəqədən sonra 10 dəqiqə rəqibin üstünlüyü oldu. 11 metrə epizodu oldu. Ondan sonra oyun sabitləşdi. Çalışdıq düzgün mübarizə aparaq. İkinci hissədə topa nəzarət rəqibdə idi. Bir sürətli hücumla qol vurdular, qabağını ala bilmədik. Üzücü məğlubiyyət oldu. Hələ oyunlar qabaqdadır. Çox oyunlar olacaq. Növbəti matçlara hazırlaşmalıyıq. Hakimlik yenə çox zəif idi. Matçın 50-ci dəqiqəsində Vüsal Məsimova qırmızı vərəqə verilməli idi. Niyə VAR-a çağırmadılar? Bunu Barış Şimşeklə müzakirə etməyə hazıram. Bizimki də eyni epizod idi. VAR təəssüf ki, baş hakimi çağırmadı. Çox təəsüf edirəm. Faiq Hacıyevin epizodu daha yüngül idi. Bəs niyə qırmızı vərəqə verilmir? Ona görə davam edirik. Demək ki, möhkəm olmalıyıq. Hakimlərə də qalib gəlmək lazımdır".

Matc.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 19-cu turunun "Kəpəz"lə(2:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

- Faiq Hacıyev komandanı çətin vəziyyətdə qoydu. Onu cəza gözləyir?

- Oyun vəziyyəti idi. Bilərəkdən olan bir şey deyil. O da təcrübə yığacaq.

- Buraxdığınız birinci qolu necə şərh edərdiniz?

- Əvəzetmə etmək istədim, qoldan qabaq. Müdafiədə boşluqlar görsənirdi. Rəqib Faiqin mövqeyindən hücumlar edirdi. Sadə epizod idi.

- Martin Petkovla yollarınızı ayıracağınız barədə xəbərlər var. 

- Çox güman ki, yollarımızı ayıracağıq. Onun özünə və bizə aid səbəblər var. Martin perspektivli oyiunçudur. Yaxşı başlamışdı. Amma sonra problemlər ona imkan vermədi. Yaxın günlərdə qərar olacaq.

- "Neftçi"dən icarəyə götürdüyünüz futbolçuların performansı sizi qane etdi?

- İkisinin də potensialı var. "Neftçi"də az şans qazanırdılar. Bizdə daha çox oynayacaqlar. Özlərindən də çox şey asılıdır. Bu gün əllərindən gələni etdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest