22 Yanvar 2024, 17:34
FUTBOL
“Yuventus” türkiyəli hücumçusu Kənan Yıldızın performansından razıdı. Matc.az xəbər verir ki, “qoca sinyora” onunla müqaviləni uzatmağa yaxındı.
18 yaşlı forvard yaxın müddətdə 2029-cu ilin yayına qədər qüvvədə olan yeni saziş imzalayacaq. Kənanın maaşı üç dəfə artırılacaq.
Qeyd edək ki, 2022-ci ildən “Yuventus”da olan Kənan Yıldız bu mövsüm bütün turnirlərdə 12 oyunda 3 qol vurub. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədərdi.