Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçib. Matc.az xəbər verir ki, baş məşqçi Azər Bağırov tam heyətlə hazırlıq keçə bilməyib.
Azərbaycan Premyer Liqasının XIX turunda “Qarabağ”la qarşılaşacaq “Araz-Naxçıvan” oyunöncəsi son məşqini keçib. Matc.az xəbər verir ki, baş məşqçi Azər Bağırov tam heyətlə hazırlıq keçə bilməyib.
“Azersun Arena”nın ehtiyat meydanında 1 saata qədər çəkən məşq taktiki çalışma üzərində aparılıb. Zədəsini sağaldan hücumçu Orxan Əliyev kollektivə qoşulub. Komandanın bombardiri qarşıdakı matça hazırdı.
Əvəzində zədəli İsmail Azzaui və cəzalı Vanderson Melo sabahkı görüşü buraxacaq. Vanderson sarı vərəqə limitini doldurubsa, İsmail həkim nəzarəti altında müalicəsini davam etdirir.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.