22 Yanvar 2024, 14:27
FUTBOL
İngiltərə Premyer Liqasının XXI turu “Liverpul”un hücumçusu Darvin Nunyes üçün əlamətdar olub. Matc.az xəbər verir ki, forvard “Bornmut”u 4:0 hesabı ilə məğlub etdikləri oyunda dubla imza atıb.
Bununla Nunyes cari mövsüm həm qol, həm də məhsuldar ötürmə sayını 10-a çatdırıb. Hazırda uruqvaylının aktivində Premyer Liqada 7 qol 6 assistdisə, bu göstərici Avropa Liqasında 2+1, İngiltərə Kubokunda 1+3-dü. Nunyes bu mövsüm Premyer Liqada 10+10-luq göstəriciyə çatan ilk oyunçudu.
Qeyd edək ki, “Liverpul” hazırda 48 xalla turnir cədvəlinə başçılıq edir.