İspaniya Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, turnirdə yoluna davam edən 8 komanda 4 cütlük yaradıb.

Əvvəlki raundda “Real”ı məğlub edən “Atletiko” bu dəfə “Sevilya”nı öz meydanında sınağa çəkəcək. “Barselona” isə Bilbaoda “Atletik”in qonağı olacaq. Digər cütlərdə “Selta” “Real Sosyedad”ı, “Malyorka” “Jirona”nı qəbul edəcək.

Mərhələ bir oyundan ibarət olacaq və 23-25 yanvar tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest