19 Yanvar 2024, 16:44
FUTBOL
“Atletiko” “Yuventus”un hücumçusu Moyze Kinin icarəyə götürülməsi ilə bağlı italyanlarla ilkin razılığa gəlib. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.
Onun sözlərinə görə, ispanlar Kinin icarəyə götürülməsi qarşılığında cüzi məbləğ ödəyəcək. Ancaq italyan forvardın keçidinin reallaşması Madrid klubunun hücumçusu Anxel Korreadan asılıdı. Onun Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttihad”a transferi gözlənilir.
Qeyd edək ki, Moyze Kin bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib. 23 yaşlı oyunçunun turinlilərlə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.