19 Yanvar 2024, 15:39
FUTBOL
“Milan”ın hücumçusu David Oriqi ABŞ-a köçə bilər. Matc.az xəbər verir ki, hazırda icarə əsasında “Nottingem Forest”də keçirən 28 yaşlı forvard MLS-dən təkliflər alıb.
Konkret olaraq 3 komanda – “Los-Anceles”, “Çinçinnati” və “Dallas” Belçika millisinin üzvü uğrunda mübarizə aparırlar. “Liverpul”un sabiq oyunçusu “Nottingem Forest”də ümidləri doğrultmadığından, hazırkı komandasında da qalmayacaq.
Qeyd edək ki, David Oriqi İngiltərə klubunun heyətində bu mövsüm 9 oyun keçirib, qol vura bilməyib.