“Səbail” 2024-cü ilin ilk transferini təqdim edib. Matc.az xəbər verir ki, Bakı klubu Madi Queta ilə müqavilənin detallarını açıqlayıb. Qvineya-Bissau millisinin üzvü yeni komandası ilə 1,5 illik sazişə qol çəkib. 25 yaşlı vinger Premyer Liqa təmsilçisində 7 nömrəli formanı geyinəcək.

“Səbail” 2024-cü ilin ilk transferini təqdim edib. Matc.az xəbər verir ki, Bakı klubu Madi Queta ilə müqavilənin detallarını açıqlayıb.

Qvineya-Bissau millisinin üzvü yeni komandası ilə 1,5 illik sazişə qol çəkib. 25 yaşlı vinger Premyer Liqa təmsilçisində 7 nömrəli formanı geyinəcək.

Madi Quetanın son klubu Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra” olub. “Portu”nun yetirməsi karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense”də də çıxış edib.

Qeyd edək ki, hücumameyilli oyunçu Portuqaliyanın aşağı yaş qrupu yığmalarının hamısında çıxış edib. O, 2022-ci ildən Qvineya-Bissaunun əsas millisinə çağırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest