19 Yanvar 2024, 15:05
FUTBOL
“Mançester Yunayted”in sahibləri olan Qleyzer ailəsi klubun səhmlərinin 25%-lik hissəsini almaq üçün artıq razılığa gəlmiş britaniyalı milyarder Cim Ratkliffin gələcəkdə öz payını satmaq məcburiyyətində qalmasını təmin edə bilər. Matc.az xəbər verir ki, bu barədə “Times” nəşri yazıb.
Bildirilib ki, hazırda bu müqavilə İngiltərə Premyer Liqası tərəfindən təsdiqlənir. Ancaq Ratkliff “Mançester Yunayted”in tam ortaq sahibinə çevrilsə belə, Qleyzer qardaşları hələ də britaniyalı milyarderi klubu idarə etməkdən uzaqlaşdıra bilərlər.
Sözləşmə başa çatdıqdan 18 ay sonra Qleyzerlər “Mançester Yunayted”in bütün səhmlərini maraqlı alıcıya satmaq hüququna malik olacaq və Ratkliffi öz payını satmağa məcbur edəcək.