Azərbaycanda “Qarabağ”, “Neftçi” və “Sabah”ın maraq dairəsində olan Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Aleksey Kaşuk çox güman ki, qış fasiləsində komandasını dəyişəcək. Matc.az xəbər verir ki, buna səbəb 23 yaşlı oyunçuya təkliflərin davam etməsidi.

Adıçəkilən Azərbaycan komandaları ilə yanaşı, “Bazel” (İsveçrə), “Hayduk” (Xorvatiya) və PAOK (Yunanıstan) da Kaşukla maraqlanır. Bu siyahıya indi daha bir klub əlavə olunub. Bu dəfə Portuqaliya “Famalikao”su hücumameyilli futbolçu ilə güclənmək arzusuna düşüb.

Qeyd edək ki, Aleksey Kaşukun “Şaxtyor”la müqaviləsi yaya qədərdi. O, ötən mövsümü icarə əsasında “Sabah”da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest