19 Yanvar 2024, 13:41
FUTBOL
Joze Mourinyo yenidən İtaliyada çalışa bilər. Matc.az xəbər verir ki, onun “Napoli”yə rəhbərlik etmək variantı yaranıb.
Portuqaliyalının meneceri Xorxe Mendes neapolluların prezidenti Aurelio De Laurentisə zəng edərək, Mourinyonun orada çalışmağa hazır olduğunu bildirib. De Laurentiis bu zəngdən sonra onu namizədlər sırasına əlavə edib.
Valter Matsarrinin “Napoli” ilə müqaviləsi mövsümün sonuna qədər olduğundan, Mourinyo yalnız yayda bu posta təyin oluna bilər.
Qeyd edək ki, Joze Mourinyo bir neçə gün əvvəl A seriyasının digər təmsilçisi “Roma”dan qovulub.