19 Yanvar 2024, 09:45
FUTBOL
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Kocaelispor”da qeydiyyatdan keçib. Matc.az xəbər verir ki, Türkiyə klubu 28 yaşlı forvardı Türkiyə Futbol Federasiyasına (TFF) sifariş edib.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Kocaelispor”da qeydiyyatdan keçib. Matc.az xəbər verir ki, Türkiyə klubu 28 yaşlı forvardı Türkiyə Futbol Federasiyasına (TFF) sifariş edib.
Federasiya da bunu qəbul edərək, Şeydayevin adını iştirak ərizəsinə əlavə edib. Futbolçu artıq növbəti görüşdə baş məşqçinin ixtiyarında ola biləcək.
Qeyd edək ki, TFF I Liqada mübarizə aparan “Kocaelispor” növbəti oyununu sabah XIX tur çərçivəsində “Eyüpspor”a qarşı keçirəcək.