"Mançester Yunayted" "Lill"in və Fransanın gənclərdən ibarət yığmasının müdafiəçisi Leni Yoronun transferi üçün təklif hazırlayır.
 
Matc.az xəbər verir ki, oyunçu ilə həmçinin "Real", "Bavariya", "Çelsi" və PSJ yaxından maraqlanır. 
 
Yoro "Lill"in yetirməsidir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm mərkəz müdafiəçisi 23 oyun keçirib, 3 qol vurub və 3 sarı vərəqə alıb. "Transfermarkt" portalı 18 yaşlı fransızı 25 milyon avro dəyərində qiymətləndirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest